Türkiyənin "Fənərbağça" klubu dünya rekordu qırmağa yaxındır.
Fanat.Az-ın məlumatına görə, ardıcıl 21 matçı qələbə ilə başa vuran İstanbul nəhəngi daha 7 oyunda qalib gəlsə, indiyədək heç bir klubun edə bilmədiyini reallaşdıracaq.
Həm Super Liqada, həm də Konfrans Liqasında qələbələri sıralayan "sarı bülbüllər" hazırda futbol tarixində bütün yarışlarda ən azı ardıcıl 21 matçda qalib gələn 8 komandadan biridir.
Dünya rekordu isə Uels komandası "Nyu Seynts"ə (27 oyun) məxsusdur.
Nahid Məmmədov