Niderland çempionatının bombardiri karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Feyenoord"un futbolçusu Santyaqo Ximenes "Barselona"nın diqqətini çəkib.
Kataloniya nəhəngi 22 yaşlı hücumçunun oyununu izləmək üçün Niderlanda dəfələrlə skautlar göndərib. "Barselona"lılar Santyaqonun qol vurmaq instinktlərini klubun əfsanəsi sayıla bilən uruqvaylı hücumçusu Luis Suaresə oxşadırlar.
Santyaqo Ximenes bu mövsüm "Feyenoord"un heyətində 10 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Erediviziyanın bombardiridir.
Mirağa