"Seltik" klubu "Yaşıl Briqada" fanklubunun 200-ə yaxın üzvünün mövsümlük biletlərini bloklayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Klub bu qərarı azarkeşlərin oktyabr ayındakı matçlar zamanı dəfələrlə Fələstinə dəstək aksiyası keçirməsinə görə verib.
Yaxın Şərqdə münaqişənin şiddətlənməsindən sonra Kelt azarkeşləri tribunalara çoxlu sayda Fələstin bayraqları, pankartlar gətirib və müxtəlif şüarlar səsləndiriblər.
“Seltik” bir neçə dəfə azarkeşlərə siyasi çalarlı aksiyalar təşkil etməmək xahişi ilə müraciət etsə də, bu, yetərli olmayıb.
Mirağa