"Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqibi "Bayer Leverkuzen" uğurlu matçlar seriyasını Almaniya kubokunda davam etdirib.
Fanat.Az xəbər verir ki, “əczaçılar” 1/16 final mərhələsində “Sandhauzen”i səfərdə 5:2 hesabı ilə məğlub edərək yarışın növbəti mərhələsinə adlayıb.
"Opta"nın məlumatına görə, "Bayer" Almaniya kubokunda ardıcıl 28 matçda meydanı qol vurmadan tərk etməyib ki, bu, ən uzun seriyadır.
Xabi Alonsonun komandası bundan əvvəl "Teutonia Ottensen"i darmadağın etmişdi - 8:0.
Xatırladaq ki, “Qarabağ” AL-də Leverkuzen təmsilçisinə səfərdə 1:5 hesabıyla uduzub. Bu komandaların növbəti oyunu noyabrın 9-da Bakıda baş tutacaq.
Mirağa