Misli Premyer Liqasının XII turunda "Səbail"in qonağı olacaq "Turan Tovuz" "dənizçilər"lə oyunun hazırlıqlarını tam heyətlə davam etdirə bilmir.
Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, "boz qurdlar"ın bir neçə oyunçusu "dənizçilər"lə matçı buraxa bilər:
"Cəzalı futbolçumuz yoxdur. Piruzi Marakvelidze və Slavik Alxasov zədə səbəbindən "Səbail"ə qarşı oynamayacaqlar. Zədələrini tam sağ sağaltmayan oyunçuların - Emmanuel Hakmanla Şəhriyar Əliyevin meydana çıxıb-çıxmayacağı isə oyun günü bilinəcək".
Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" qarşılaşması sabah "ASCO Arena"da keçiriləcək. Oyunun start fiti 19:00-da səsləndiriləcək.
Nihat