Amerikanın "İnter Mayami" klubunun Çində keçirməyi planlaşdırdığı mövsümöncəsi toplanış baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti açıqlama yayaraq bildirib.
Təşkilatçılar turun ləğvini Çin Xalq Respublikasının baş naziri Li Keçyanqın ötən həftə vəfat etməsi ilə izah ediblər.
Səfərin və toplanışın ləğvi daha çox komandanın ulduzu Lionel Messiyə mənfi təsir göstərəcək. Çünki Çindəki yoldaşlıq oyunları Argentina millisinin 2026-cı il dünya çempionatına vəsiqə uğrunda görüşlər ərəfəsində təcrübə qazandəracaqdı. "Albiseleste" noyabrda Uruqvay və Braziliya ilə qarşılaşacaq.
"İnter Mayami" cari mövsümü erkən başa vuraraq, mövsümün təsnifat mərhələsinin nəticəsinə görə MLS-in pley-off mərhələsinə yüksələ bilməyib.
Mirağa