Misli Premyer Liqasının XII turunda "Sabah"ın qonağı olacaq "Zirə" "bayquşlar"la oyunun hazırlıqlarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.
"Qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Rəşad Sadıqov Masazırda 3 futbolçusunun xidmətindən yaralana bilməyəcək:
"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Stefan Aka, Filipe Paxtman və İsmayıl İbrahimli meydana çıxmayacaqlar".
Qeyd edək ki, "Sabah" - "Zirə" qarşılaşması noyabrın 5-də keçiriləcək. Turun mərkəzi qarşılaşmasının start fiti 18:30-da səsləndiriləcək.
Nihat