"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandasının müdafiəçisi Ris Ceymsdən danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"O, bizim üçün önəmli oyunçudur. Ris möhtəşəm futbolçudur və məncə, dünyanın ən yaxşı cinah müdafiəçilərindən biridir. Bir qədər ehtiyatlı olmalıyıq. O, tədricən formaya düşür və verilən tapşırıqların öhdəsindən gəlməyə başlayır".
Qeyd edək ki, Ceyms "Çelsi"nin öz yetirməsidir. Cari mövsüm bütün turnirlərdə 4 oyuna çıxan arxa xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb. Sözügedən oyunçunun "zadəganlar"la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir.
Nihat