Misli Premyer Liqasının XII turunun Masazırda reallaşacaq mərkəzi oyununda "Sabah" "Zirə" ilə üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, meydan sahibləri çempionatın hazırki lideri ilə matça ciddi itkilərlə çıxacaq.
Əvvəla, İntizam Komitəsi tərəfindən cəzalanan Murad Musayev yenə görüşü tribunadan izləyəcək. "Sumqayıt"la 2-ci turdan təxirə salınmış matçdakı davranışına görə 2 oyunluq kənarlaşdırılan mütəxəssis məhz növbəti həftədən etibarən texniki zonaya dönə biləcək.
"Sabah" komandasının heyətində daha 2 cəzalı var. Söhbət Sofian Çakla ilə Elvin Camalovdan gedir. Hər ikisi 11-ci turun "Neftçi" ilə qarşılaşmasında aldıqları sarı vərəqəyə görə cəzalı duruma düşüblər.
Qeyd edək ki, "Sabah" - "Zirə" matçı noyabrın 5-də keçiriləcək və saat 18:30-da başlayacaq.
Mirağa