"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison baş məşqçi Angelos Postekoğlunun onu Hotspur təmsilçisinə keçməyin doğru addım olduğuna necə inandırdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Meddisonun dediklərini jurnalist Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Biz Postekoğlu uzn müddət onun futbol fəlsəfəsinə nə dərəcədə uyğun olduğumu müzakirə etdik. Yekunda dedi: "Ey, sənin necə qərar verəcəyindən asılı olmayaraq, hamınız yeni mövsümdə tam başqa "Tottenhem" görəcəksiniz. Onun əminliklə dediyi sözlər məni iş yerimi dəyişməyimin düzgün qərar olduğuna inandırdı".
Xatırladaq ki, Meddison "Tottenhem"ə bu yay "Lester"dən transfer olunub. Hotspurlular Ceyms üçün qarşı tərəfə 46,3 milyon avro ödəyiblər. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. "Transfermarkt" portalı Meddisonun transfer qiymətini 70 milyon avro ilə qiymətləndirir.
Nihat