Serbiyanın futbol üzrə milli komandası Avropa Futbol Federasiyası (UEFA) tərəfindən azarkeşsiz bir oyunla cəzalandırılıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Monteneqro ilə Avropa çempionatının qrup oyununda bir sıra təşkilati nöqsanlardan başqa, qonaq azarkeşlərin bayrağının yerli tərəfdarlar tərəfindən oğurlanması Serbiya Futbol Assosiasiyasına (SFA) baha başa gəlib.
SFA həmçinin, 89 min 500 avro cərimə ödəməli olacaq.
Beləliklə, Serbiya millisi Leskovaçda Bolqarıstanla Avropa çempionatına vəsiqə uğrunda həlledici matçda azarkeşsiz qalacaq. Buna baxmayaraq ki, serblər artıq 14 yaşa qədər uşaqların matçı izləmək fürsətindən istifadə edəcəklərini açıqlayıblar.
UEFA Monteneqronu da cərimələyib. Belqradda azarkeşlərin stadiona vurduğu ziyana görə onlar 20 min avro ödəməli olacaqlar. Bundan başqa, UEFA yerli assosiasiyaya növbəti matça bilet satışına icazə verməyəcək.
Mirağa