"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi kareyrasının ən sevimli qolunun hansı olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumçu belə deyib:
"Həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının və dünya çempionatının finallarında vurulanlardır. "Real"ın qapısına "Santyaqo Bernabeu"da keçirilən ÇL matçında vurduğum qolu həmişə xatırlayıram. Həmin qarşılaşmada onları 2:0 hesabı ilə məğlub etmişdik".
Həmin oyun 2011-ci ildə baş tutub. "Barselona" səfərdə 2:0 hesabı ilə yendiyi əzəli rəqibi ilə evdə bərabərliyə razılaşmışdı - 1:1.
Xatırladaq ki, Messi oktyabrın 31-də 8-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Nihat