İngiltərənin elita təmsilçilərindən olan "Brayton" komandanın 33 yaşlı qapıçısı Ceyson Stillə bağlı atdığı addımı ictimaiyyətə açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Stil yeni müqaviləyə imza atıb.
O, 2026-cı ilin yayına qədər "qağayılar"ın formasını geyinəcək.
Komandanın baş məşqçisi Roberto De Dzerbi bu barədə eyni mənbəyə danışıb: "Ceysona görə şadam. O, əla futbolçudur. Onun liderlik keyfiyyətləri, kluba verdiyi fayda danılmazdır. Burada olduğu müddətdə komandanın inkişafında böyük pay sahibi olub".
Qeyd edək ki, Stil 2018-ci ildən "Brayton"un uğurları üçün çalışır.
Nihat