Braziliyanın "Qremio" klubunun uruqvaylı hücumçusu Luis Suares 2024-cü ilin yanvarında komandasını dəyişəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Pais" yayıb.
Mənbənin məlumatına görə, o, "İnter Mayami"yə keçəcək.
36 yaşlı forvard "Qremio" ilə 2023-cü ilin dekabr ayının sonuna kimi nəzərdə tutulan müqaviləni yeniləməmək qərarına gəlib. Beləliklə, o, yanvar ayında ən yaxın dostlarından biri olan Lionel Messinin oynadığı "İnter Mayami" ilə azad agent kimi sözləşmə imzalaya biləcək. Amerikalıların artıq Suaresə sonradan daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə təklif etdiyi bildirilibb.
Luis Suarez "Qremio"nun heyətində 46 matçda 19 qol vurub və 16 məhsuldar ötürmə edib.
Mirağa