"Real Madrid" braziliyalı vingeri Rodriqo Qoeslə müqavilə yeniləyib.
Fanat.Az "Kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, "sambaçı" müddəti 2028-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Onun sərbəstqalma məbləği də müəyyənləşdirilib - 1 milyard avro.
Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 16 matça çıxan Rodriqo 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.