"İnter Mayami"nin hücumçusu Lionel Messi 2023/2024 mövsümündə "MLS-in ən yaxşı debütantı" mükafatını qazana bilməyib.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fərdi mükafat “Atlanta Yunayted”də çıxış edən yunan hücumçu Georgios Yakumakisə verilib. O, 28 oyun keçirib və 17 qol vurub.
Messi yay transfer pəncərəsində azad agent kimi "İnter Mayami"yə keçib. 36 yaşlı argentinalı Amerika klubu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb. O, komandanın heyətində bütün turnirlərdə 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa