"Liverpul"un və "Fulhem"in sabiq yarımmüdafiəçisi Denni Mörfi cari mövsüm imicinə uyğun çıxışla yadda qalmayan "Mançester Yunayted"in düşdüyü vəziyyətə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun deidklərini belə çatdırıb:
"Mançester Yunayted"in bu durumda olması ürəyimcədir. Mən gənc olanda, rəqabət aparanda "Yunayted" planetin ən yaxşı komandası idi. Elə davam etsəydilər, hamımız üçün pis olardı! Premyer Liqanın rəqabətli olması xoşuma gəlir. Kimsə uğursuzluğa düçar olacaqsa, qoy bu "Mançester Yunayted" olsun. Yalan deməyəcəm, mövcud vəziyyətdən məmnunam".
Qeyd edək ki, MY hazırda İPL-in turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" İngiltərə Liqa Kubokunda "Nyukasl"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.
Nihat