"Mançester Yunayted"in sabiq vingeri, hazırda Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən Luiş Nani cari mövsüm uğursuz çıxışla diqqət çəkən "qırmızı şeytanlar"ın durumuna münasibət bildirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçunun dediklərini "1 PARA 1" belə çatdırıb:
"Biz o komandada çıxış etdiyimiz zaman əsas özəlliklərimizdən biri bu idi ki, 15 dəqiqəyə 3 top buraxsaq belə, sona 10 dəqiqə qalmış döyüş ruhumuzu ortaya qoya bilirdik. Yəni həmin vaxt istedad yox, mübarizə əzmi ön plana çıxırdı, lazım olanı edirdik.
İndi MY-də istedadlı oyunçular çoxdur. Ola bilsin ki, bizim dövrümüzdəkindən də çox. Texnika sarıdan hamısı hazırlıqlıdır. Amma oyunlarında özünəinam, döyüş ruhu yoxdur. "Mançester"də oynayırsansa, bu komandanın ulduzu sayılırsansa, matçın axarını dəyişməyi bacarmalısan".
Nihat