"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan İspaniya çempionatında "Real"a 1:2 hesablı məğlubiyyətdən sonra komanda yoldaşlarının reaksiyasından məyus olub.
Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu "The Athletic"-ə belə deyib:
“Səhv bir şey demək istəmirəm, amma düzünü desəm, soyunub-geyinmə otağında daha çox məyusluq və qəzəb gözləyirdim. Xüsusilə belə böyük matçda uğursuzluqdan sonra. Fərqli reaksiya, daha çox emosiya gözləyirdim. Düşünürəm ki, bu problemdir. Əks halda, təkcə “Real” yox, “Jirona” da turnir cədvəlində önə keçəcək. Təbii ki, burada - gənc komandada daha təcrübəli oyunçu kimi mənim məsuliyyətim var”.
Gündoğanın bu açıqlaması ciddi müzakirəyə səbəb olub. Belədə məsələyə “Barselona”nın idman direktoru Deku münasibət bildirməli olub. Tanınmış insayder Fabritsio Romano klub funksionerinin Gündoğanın tənqidi fikirlərinə reaksiyasını çatdırıb: “İlkay Gündoğanla bağlı vəziyyət paltardəyişmə otağında müzakirə edilib və həll edilib. Hər şey qaydasındadır, heç bir problem yoxdur”.
Mirağa