"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominey baş məşqçi Erik ten Haqın istefaya göndəricələyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu fikirlərini klubun saytına bölüşüb:
"Məncə, paltardəyişmə otağında sakitliyi qorumalıyıq. Biz baş verənlərə çox emosional yanaşmamalıyıq. Belə desəm, komandaya pis təsir edəcək şeyləri bloklamalıyıq. KİV-də dərc edilən axmaqlılara, bizi istəməyən insanların dediklərinə fikir verməməliyik. Baş məşqçi ilə eyni hədəf uğrunda mübarizə aparmağa davam etməliyik. Heyətimizdə istedadlı oyunçuların sayı çoxdur. Vəziyyəti düzəldə biləcəyimizə 100 faiz əminəm".
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Nyukasl"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran MY İPL-in turnir cədvəlində 8-ci pillədədir.
Nihat