Birinci Liqanın 7-ci turunda "Zaqatala" səfərdə "İmişli" ilə qarşılaşıb. Oyun qonaq komandanın 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Məğlub komadanın baş məşqçi Rüstəm Məmmədovlə əlaqə saxlayıb oyun barəsində fikrilərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komandamız bu oyuna pis hazırlanmamışdı. Məşq prosesi yaxşı keçmişdi. Problem o oldu ki, bizim oyunçular daha çox müdafiə oldular. Belə vəziyyətdə isə rəqib üstünlük qazandı və oyunu dəyişdi. "Araz Saatlı" ilə "İmişli" nin gücləri bərabər deyil. "İmişli"nin daha yaxşı oyunçuları var idi. Məğlubiyyətin səbəbi birəbir mübarizələrdə uduzmağımız idi. Komandam pis oyun keçirmədi. Meydan yaxşı vəziyyətdə deyildi. Amma bu, bəhanə deyil. Bizdə yeni gənclər bir-birinə uyğunlaşmalıdır. Bu isə zaman alır. Rəqib pis komanda deyildi. Birinci hissədə başabaş mübariz aparırdıq. İkinci topu buraxandan sonra komandam özünəinamı itirdi".
Nahid Məmmədov