"İnter Mayami"nin hücumçusu Lionel Messi gələcəkdə Avropada oynayıb-oynamayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı superulduzun dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Avropa futbolu mənim üçün qapanıb. Mənim Avropada möhtəşəm karyeram olub və arzuladığım hər şeyə nail olmuşam. MLS liqasına keçməyə qərar vermişəm və çətin ki, bir daha Avropaya qayıdam".
Xatırladaq ki, bir neçə gün öncə 8-ci dəfə "Qızıl top" mükafatını qazanan Messi bu yay PSJ-dən azad agent qismində ayrılaraq "İnter Mayami"yə qoşulub.
Nihat