“Qalatasaray" Super Liqanın 11-ci turunda doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılar" bu oyunda 2:1 hesablı qələbə qazanmaqla qalibiyyət seriyasını 10-a çatdırsalar da, Fernando Musleradan gələn pis xəbərlə sarsılıblar.
Qarşılaşmanın 60-cı dəqiqəsində zədələndiyi üçün əvəzlənən qolkiperin vəziyyətinə aydınlıq gəlib. Oynaq ətrafındakı əzələlərdə cırıqlar, oynaq kapsulunda qanaxma və oynağı meydana gətirən bağlarda qismən dartılmalar aşkar edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, uruqvaylı qolkiperin zədə səbəbindən təxminən 3-4 həftə meydanlardan uzaq qalacağı bildirilir.
Nahid Məmmədov