Misli Premyer Liqasının son turunda "Turan-Tovuz"la matçda ağır xəsarət alaraq ölümdən dönən Ağabala Ramazanovun səhhəti ilə bağlı son durum məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, həkimlər son nəticələri kluba sabah bildirəcəklər.
Ancaq təcrübəli hücumçunun beyin silkələnməsi keçirməsindən başqa, kəllə sümüyündə bir neçə qırıq aşkarlanıb. Bu isə ciddi zədə sayılır. Ramazanovun hətta 6 ay futboldan uzaq qala biləcəyi riski var.
İndiki halda, Bayıl təmsilçisi onun qışa qədər komandaya kömək etməyəcəyi ilə bağlı reallığı qəbul edib.
Qeyd edək ki, "Turan Tovuz"la matçda ilk yarının sonunda rəqib futbolçu Faiq Hacıyevlə toqquşaraq üz nahiyəsindən xəsarət alan və daha sonra yerə yıxılaraq huşunu itirən Ramazanov dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Mirağa