Misli Premyer Liqasının son turunda zədələnərək meydanı həkimlərin yardımı ilə tərk edən Aleksandr Ramalinqomun son durumu bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, fransalı hücumçuya əzələ yırtığı diaqnozu qoyulub.
30 yaşlı forvard ən yaxşı halda, 2-3 həftə sonra məşqlərə başlaya bilər. Onun hətta qış fasiləsinə qədər oynaya bilməməsi riski var.
Qeyd edək ki, Aleksandr Ramalinqom bu mövsüm 6 qol vurub və komandasının ən məhsuldar oyunçusudur. O, çempionatın bombardirləri yarışında 2-ci sırada qərarlaşıb.
Mirağa