Albaniya çempionatında növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki,azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" da növbəti oyununa çıxıb.
Futbolçumuzun komandası 12-ci tur çərçivəsində “Erzeni”nin qonağı olub.
"Eqnatia" oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
İsgəndərli də matçın iştirakçısı olub. O, matçın 78-ci dəqiqəsində meydana buraxılıb.
"Eqnatiya" hazırda 26 xalla 1-ci pillədə qərarlaşıb.