Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 13-cü tur çərçivəsində “Erfurt”la qarşılaşıb.
Rüfətin komandası səfər matçında məğlubiyyətə üzülüb – 1:3.
Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Ancaq o, bu görüşdə fərqlənə bilməyib.
“Dinamo” hazırda 25 xalla 2-ci pillədə qərarlaşıb.