Yarımmüdafiəçi Usman Dembele yanvar transfer pəncərəsində Fransa nəhəngi PSJ-ni tərk edə bilər.
Fanat.Az “Todofichajes”-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının bir neçə təmsilçisi cinah oyunçusunun xidmətində maraqlıdır.
Mənbənin məlumatına görə, üç klub futbolçunu öz sıralarına cəlb etməyi planlaşdırır. Söhbət “Arsenal”, “Çelsi” və “Nyukasl”dan gedir.
26 yaşlı futbolçu yay transfer pəncərəsində "Barselona"dan 50 milyon avroya PSJ-yə keçib. Onun hazırkı dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.
Liqa 1-in bu mövsümündə Usman on oyun keçirib və üç məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Mirağa