PSJ-nin istedadlı yarımmüdafiəçisi Varren Zair-Emerinin Fransanın əsas milli komandasına çağırılacağı gözlənilir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
17 yaşlı vunderkind Fransa U-21 yığmasının əsas oyunçusu olsa da, hələ ölkənin əsas komandasında meydana çıxmayıb. Didye Deşam ona noyabrda millidə debüt etmək şansı verməyi planlaşdırır.
Varren Zair-Emeri bu mövsüm PSJ-nin heyətində 13 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mirağa