PSJ-nin müdafiəçisi Markinyos formasını geyindiyi Fransa nəhənginin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı kapitan buna XI turda "Monpelye"ni 3:0 hesabı ilə məğlub etdikləri matçda iştirak etməklə nail olub.
Braziliya millisinin üzvü PSJ ilə 300-cü qələbəsini əldə edib. Markinyos Paris klubunda bu sayda qələbə görən oyunçudur.
Qeyd edək ki, Markinyos 2013-cü ildən Paris təmsilçisinin formasını geyinir. O, bu müddət ərzində 419 qarşılaşmada 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.