"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde "Kral klubu"nun heyətində İspaniya çempionatında 150-ci matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı uruqvaylı bu göstəriciyə La Liqanın 12-ci turu çərçivəsində "Santyaqo Bernabeu"da keçirilən görüşdə - "Rayo Valyekano" ilə matçda (0:0) çatıb.
O, "Real"a 2018-ci ilin iyulunda "RM Kastilya"dan keçib. Futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən yarımmüdafiəçinin transfer qiymətini 100 milyon avro ilə qiymətləndirir. Valverde "Real" forması ilə çıxdığı 150 çempionat oyununda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Federiko İspaniya nəhəngi ilə 2 dəfə İspaniya çempionatının (2019/2020, 2021/2022), İspaniya Kubokunun (2022/2023) və 2 dəfə İspaniya Superkubokunun (2019/2020, 2021/2022), həmçinin Çempionlar Liqasının (2021/2022) qalibi olub. O, Madrid təmsilçisinin sıralarında UEFA Superkubokunu (2022/2023) və 2 dəfə Klublararası Dünya Kuboku (2018, 2023) başı üzərinə qaldırıb.
Nihat