Ötən ayın sonunda 8-ci dəfə "Qızıl top" mükafatına sahib çıxan Lionel Messinin 1 milyard avroluq təklifi geri çevirdiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Le10sport" yıb.
Xəbərə görə, Messi PSJ-də oynadığı dönəmdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun nümayəndələri onunla görüşərək 1 milyard avroluq müqavilə təklif ediblər.
Lakin ərəblərə "yox" deyən argentinalı MLS-ə yollanmağı üstün tutub.
Qeyd edək ki, Messi 2 il formasını geyindiyi PSJ-dən bu yay azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.