"Çelsi"nin keçmiş baş məşqçisi Frenk Lempard bir neçə il əvvəl yarımmüdafiəçi Cud Bellingemi almaq istədiyini, lakin klub rəhbərliyinin bu müqaviləni təsdiqləmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə "The Obi One Podcast"da bildirib.
“Mən Bellingemi komandada çox istəyirdim. Bununla belə, klub rəhbərliyini belə bir gənc futbolçuya 20 milyon xərcləməyə inandıra bilmədim”.
Bellingem ötən yay 103 milyon avroya "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib. 20 yaşlı ingilis bu mövsüm "Kral klubu"nun heyətində 13 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa