"Nyukasl"ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "sağsağanlar"ın rəsmi saytına bölüşüb:
“Borussiya" ilə ilk oyuna nəzər salmaq faydalı məşqdir. Amma bu, kifayət deyil, çünki onlar öz oyunlarını dəyişə bilərlər, biz də öz oyunumuzu.
İlk oyunda iki balanslı komanda üz-üzə gəldi. Həmin oyun başqa nəticə ilə yekunlaşa bilərdi. Təbii ki, matçın sonunda bir-iki imkanımız oldu.
Düşünürəm ki, oyunçularımızın onları nə gözlədiyi barədə yaxşı təsəvvürləri var. "Borussiya" yüksək səviyyəli komandadır və onların bizə zərər verə biləcək oyunçuları var. Rəqibə böyük hörmətlə yanaşırıq, amma ümid edirəm ki, bu dəfə üstünlüyə nail olcağıq”.
Üç turdan sonra 4 xalı olan "Nyukasl" F qrupunda 3-cü yerdədir. PSJ (6) qrupun lideridirsə, "Borussiya Dortmund" 4 xalla ikincidir. Sonuncu pillədə isə və "Milan" (2) qərarlaşıb.
Qeyd edək ki, tərəflərin İngiltərədəki oyununda Almaniya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Nihat