"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç klub rəhbərliyində yer ala bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, "rossonerilər"in sahibi olan "RedBird Capital" şirkətinin icraçı direktoru Cerri Kardinale İbrahimoviçə mühüm vəzifə təklif edib və onu bu təklifi qəbul etməyə razı salacağına əmindir. Beləliklə, Zlatan əsas komandanın baş meneceri ola bilər.
Xatırladaq ki, Zlatan İbrahimoviç futbolçu kimi 2010-2012-ci illərdə və 2020-ci ildən 2023-cü ilə - karyerasını bitirənə qədər "Milan"da çıxış edib. O, İtaliya nəhənginin heyətində 163 oyun keçirib və 93 qol vurub. İsveçli forvard "Milan"ın heyətində iki dəfə İtaliya çempionatının və bir dəfə İtaliya Superkubokunun qalibi olub.
Mirağa