Bu gecə PSJ-nin azarkeşləri "Milan" fanatları arasında qeydə alınan kütləvi qarşıdurmada bir nəgər ciddi xəsarət alıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, fransalı tərəfdarlardan biri bıçaqlanıb.
Mənbə həmin şəxsin xəstəxanaya çatdırıldığını, vəziyyətinin kritik olduğunu vurğulayıb.
"Milan" - PSJ oyunu bu gün keçiriləcək. "San Siro"dakı matç Bakı vaxtı ilə 00:00-da başlayacaq. Tərəflərin qrupdakı ilk dueli Fransa nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.