MLS-in "Atlanta United" klubunun yarımmüdafiəçisi Tyaqo Almada hazırkı klubu ilə müqaviləsi başa çatdıqdan sonra Amerika çempionatında qalmağı planlaşdırmır.
Fanat.Az xəbər verir ki, bu barədə argentinalı gənc futbolçu tanınmış insayder Fabritsio Romanoya danışıb.
“İlk növbədə, MLS mövsümünü başa vurmaq istəyirəm. Yanvarda hansı təkliflərin gəldiyinə baxacağam. Avropada oynamaq arzusundayam və ümid edirəm ki, bu, baş verəcək”.
Xatırladaq ki, 2022-ci ildə dünya çempionu olan Tyaqo Almada bunu qazanan ilk MLS oyunçusu olub. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm "Atlanta Yunayted"in heyətində 33 oyun keçirib, 12 qol vurub və 16 məhsuldar ötürmə edib.
Mirağa