“İnter”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Finlandiyanın “Mariehamn” klubu bu gün Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, rəqibi gətirən təyyarə axşam saatlarında Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Finlər beşulduzlu “Kempinski Hotel Badamdar”da qalacaq.
Komandanın “İnter”lə üzləşəcəyi “Bayıl Arena” stadionunda matç saatında məşqə çıxacağı gözlənilir. Hər halda, adətən meydan sahibləri oynayacaqları arenanı qonaqların sərəncamına matça 1 gün qalmış verir. Bakılılar isə bu gün “Şəfa” stadionunda hazırlığını başa vuracaq, sabah Bayılda məşqə çıxacaq.
Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu iyulun 4-də Bakı vaxtilə saat 21:00-da başlayacaq.
İdman24.az