"Milan"ın hücumçusu Olivye Jiru Çempionlar Liqasında PSJ-yə (2:1) qol vurub.
Fanat.Az xəbər verir ki, "San Siroda" baş tutan matçın 51-ci dəqiqəsində fərqlənən Olivye rekord müəllifi olub.
"Squawka"nın hesablamasına görə, təcrübəli forvard Çempionlar Liqasında qol vuran ən yaşlı fransız kimi tarixə düşüb. O, bunu 37 yaş 38 günlük yaşında edib. Keçmiş rekordçu indi futbol məşqçisi Loran Blan idi - o, 36 yaş 338 gündə qol vurub.
Mirağa