"Borussiya Dortmund" azarkeşləri Çempionlar Liqasının "Nyukasl"la oyununda (2:0) etiraz aksiyası keçiriblər.
Fanat.Az xəbər verir ki, "Blacklina"nın "Telegram" səhifəsində alman azarkeşlərin açdığı banner təqdim olunub: “Siz idmanla maraqlanmırsınız. Sizi maraqlandıran tək şey puldur”.
Tribunalardan meydançaya qızıl külçə maketləri də atılıb.
Azarkeşlərin narazılığına səbəb Çempionlar Liqasının növbəti mövsümdən start götürəcək yeni formatıdır. Yeni qaydaya grə, qrup mərhələsinin əvəzinə İsveçrə sistemi olacaq və əsas mərhələdə iştirakçıların sayı 36-ya yüksələcək.
Mirağa