UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" noyabrın 9-da Almaniyanın "Bayer Leverkuzen" komandasını qəbul edəcək.
"Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı dördüncü oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bilirsiz ki, bir oyun digərinə bənzəmir. Bəzən otababab komandalar da güclü rəqiblərindən xal götürə və hətta qalib gələ bilir. Bu hallara çox rast gəlmişik. Düşünmürəm ki, bu dəfə Almaniyadakı mənzərə olsun. Hesab edirəm ki, "Qarabağ" meydana tamam başqa əhval-ruhiyyə ilə çıxacaq. Doğma divarlar arasında oynamağın, azarkeş dəstəyinin böyük köməyi var. Məğlubiyyət daha real görünür. Amma Leverkuzendəki ssenariyə inanmıram. Məncə, Ağdam klubu "Bayer"dən xal götürə bilər. Ümid edirəm ki, "Qarabağ " bizi sevindirəcək. Məğlub olsa belə, yaxşı oyun nümayiş etdirməyə çalışacaqlar. Oyun baxımından bəzən "Qarabağ"da enişlər olur. Keçən həftədən əvvəl klubda eniş var idi. Həm Avropa Liqasında xal itirdi, həm çempionatda müdrədidi. Amma komanda son oyunda qalib gəlib. Zədəlilər geri dönüb. Rəqabət mühiti var. Rəqabət olan yerdə inkişaf olur".
Nahid Məmmədov