13:51 08.11.2023 457

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirdə cıdır yarışı keçirilib

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının 3-cü günü – cıdır və yorğa yarışları keçirilib.

Fanat.Az xəbər verir ki, 5-i Qarabağ və Dilbaz atlarının qaçışları və 6-sı yorğa yarışları olmaqla ümumilikdə 11 kubok uğrunda mübarizə aparılıb. Qaçışlar 1000, 1400, 1600, 1800, 2000, 2400 və 3200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.

Qaçışların nəticələri aşağıdakı kimi olub:

• 1600 metr məsafədə: dayçalar arasında yorğa qaçışı – “Kəlbəcər Kuboku”, qalib atın adı Sultan, sahibi Müşviq Əliyev, çaparı Əli Məmmədov - Bakı şəhərini və Binə Atçılıq Mərkəzini təmsil edib;

•  2000 metr məsafədə: erkək və dişi Qarabağ atları arasında cıdır yarışı – “Zəngilan Kuboku”, qalib atın adı Spartak, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

• 1600 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Laçın Kuboku”, qalib atın adı Tərtər, sahibi və çaparı Nurlan İmamverdiyev, Bakı şəhərini və Maştağa kəndini təmsil edib;

• 2000 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Füzuli Kuboku”, qalib atın adı Luna, sahibi və məşqçisi Fəxrəddin Atayev, çaparı Vüsal Nəzərov;

• 1800 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Qubadlı Kuboku”, qalib atın adı Sarıat, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib;

• 1800 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Cəbrayıl Kuboku”, qalib atın adı Nil, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

• 2400 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdam Kuboku”, qalib atın adı Ağçınqıl, sahibi Samir Abbasov, çaparı Xəlil Allahverdiyev, Gəncə şəhərini və Yurd Atçılıq Klubunu təmsil edib;

• 1400 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Xocavənd Kuboku”, qalib atın adı Bayraktar, sahibi Rəşad Əhmədov, çaparı Orxanbəy Hacıyev, məşqçisi Ramiz İbrahimov;

• 3200 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdərə Kuboku”, qalib atın adı Püsat, sahibi və çaparı Ceyhun Cabbarov, Bərdə rayonunu təmsil edib;

•  1000 metr məsafədə: erkək, dişi və axta Qarabağ atları arasında cıdır yarışı – “Şuşa Kuboku”, qalib atın adı Dül-dül, sahibi Sərhədçi Atçılıq Klubu, çaparı Orxan Cəfərov, məşqçisi İmran Əhmədli;

• 2000 metr məsafədə: atlar arasında yorğa qaçışı – “Xankəndi Kuboku”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X