“Portu”nun müdafiəçisi Pepe Çempionlar Liqasında rekord reallaşdırıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, o, bunu ötən gecə turnirin qrup mərhələsinin 4-cü turunda “Antverpen”lə matçda fərqlənməklə bacarıb.
Beləliklə, portuqalyalı Çempionlar Liqasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu olub – 40 yaş 254 gün.
Qeyd edək ki, “Portu” “Antverpen”i 2:0 hesabı ilə məğlub edib.