"Bayern Münhen"in qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Qalatasaray" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, alman qapıçı fikirlərini "Bayern"in rəsmi saytına bölüşüb:
"Bu, əla nəticədir. Qələbə sayəsində qrupdan çıxdıq. Öz çıxışımızla fəxr edə və bu gün qalib gəldiyimiz üçün xoşbəxt ola bilərik. "Qalatasaray" mübarizələrdə güclüdür, amma biz ayıq-sayıq idik və istəyimizə çatdıq. İndi uğura daha acıq. Hamımız enerji ilə doluyuq və hər matçda qalib gəlmək istəyirik. Qrup mərhələsini uğurla başa vurduq və ardını gətirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, 4 oyuna 12 xal toplayan “Bayern” “A qrupunun lideridir. Kopenhagen” və “Qalatasaray”ın hərəyə 4, “Mançester Yunayted”in isə 3 xalı var. Tuxelin komandası 1/8 finala vəsiqəni təmin edib.
Nihat