London "Arsenal"ı yarımmüdafiəçi Tomas Parti ilə vidalaşmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, "topçular"ın rəhbərliyi 30 yaşlı oyunçunu qış fasiləsində satmaq barədə düşünür. Mənbə həftədə 200 min funt sterlinq maaş alan Partinin tez-tez zədələnməsinin klub bosslarının ürəyincə olmadığını vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçu "Arsenal"a 2020-ci ilin oktyabrında "Atletiko Madrid"dən transfer olunub. İngiltərə təmsilçisi bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəyib.
Nihat