Yay fasiləsində daha bir Premyer Liqa klubu ölkəni tərk edəcək. Fanat.az xəbər verir ki, "Sumqayıt" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
"Gənclik şəhəri" təmsilçisi hazırlıqlara iyunun 15-də start verəcək. Təlim-məşq toplanışının ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələ isə Türkiyədə keçiriləcək. "Sumqayıt" qardaş ölkədə ən azı 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.az