"Yuventus" futbolçusu Manuel Lokatelli ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Manuel Lokatelli bu mövsüm "Yuventus"da 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Yuventus" İtaliya çempionatının 11 turundan sonra 26 xalla ikinci pillədə qərarlaşıb.