"Araz Naxçıvan"ın istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev Salif Ballonu komandasında görmək istəyir.
25 yaşlı malili hücumçunun "Simurq"da qalmaq ehtimalı çoxdu. Daha səviyyəli hücumçu axtarışına çıxan Zaqatala klubu istədiyini tapsa, Ballo komandanı tərk edəcək. Hücum xəttini gücləndirmək "Turan"da rəhbərliyi altında oynamış forvardı Naxçıvana aparmaq niyyətindədi.
Qeyd edək ki, Ballo cari mövsümdə 27 rəsmi oyuna çıxıb və 1191 dəqiqə oynayaraq 1 qola imza atıb. 25 yaşlı forvard əvvəllər "Xəzər Lənkəran" və "Turan"ın formasını geyinib.
Fanat.az