İspaniya nəhəngi "Real" futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 25 yaşlı yarrımmüdafiəçi ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb.
Xatırladaq ki, Federiko 2016-cı ildə "Real"a "Penyarol"dan keçib. "Kral klubu" Valverde üçün o vaxt təxminən 5 milyon avro ödəyib. O, "Real"la iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb.
Uruqvaylı yarımmüdafiəçi bu mövsüm La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 qolun ötürməsini verib.