Premyer Liqa klubu "Brayton" nəhənglərin hədəfində olan hücumçusu Evan Ferqyusonla müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, klub bunu rəsmi saytı vasitəsilə elan edib.
19 yaşlı irlandiyalı il 2028/2029 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Ferqyuson oktyabrda "Transfermarkt"in qiymətləndirilməsinin nəticələrinə görə Premyer Liqanın ən bahalı futbolçusu olub.
Evan Ferqyuson bu mövsüm İngiltərə çempionatında 11 oyun keçirib. Gənc hücumçu bu görüşlərdə 5 qol vurub.
“Brayton” hazırda Premyer Liqa turnir cədvəlində yeddinci yerdədir.
Mirağa